Modern.az

Şimali Kiprin yeni prezidentinin Azərbaycana münasibəti - İşçi Qrupun sədri AÇIQLADI

Şimali Kiprin yeni prezidentinin Azərbaycana münasibəti - İşçi Qrupun sədri AÇIQLADI

Aktual

24 Oktyabr 2025, 11:50

Bu gün Şimali Kipr Türk Respublikasında yeni seçilən prezidentin inaqurasiya mərasimi keçiriləcək. Bu barədə yeni seçilmiş prezident Tufan Erhurmanın mətbuat müşaviri Tunay Mertekçi saytımıza bildirib.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk respublikası Parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Azərbaycandan inaqurasiyada iştirak edənlər olmayacaq:

“Çünki seçkilərdən çox qısa müddət sonra andiçmə mərasimi keçirilir. Azərbaycandan orada iştirak edən yoxdur. Yeri gəlmişkən seçkilər haqda Kipr seçicilərində çox müsbət fikir var. Çox obyektiv və demokratik seçkilər keçib və Tufan Erhurman qalib gəlib”.

C.Feyziyev vurğulayıb ki, yeni seçilən prezidentin Azərbaycana münasibəti olduqca yaxşıdır:

“Yeni seçilən prezidentin Azərbaycana qarşı münasibəti çox yüksəkdir. İstər iqtidar, istərsə də müxalifət partiyası Azərbaycana çox böyük hörmətlə yanaşırlar. Çünki Azərbaycan Şimali Kipr Türk Respublikasına qarşı kifayət qədər müsbət addımlar atır. Şimali Kiprin dünya sisteminə siyasi və iqtsiadi inteqrasiya proseslərinə yardım olmaq üçün Azərbaycan kifayət qədər ciddi addımlar atıb. Azərbaycan dəfələrlə, Şimali Kipr Türk Respublikasının prezidentini Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşlərinə dəvət edib.  Azərbaycan prezidenti Kipr türklərinin hüquqları ilə bağlı mediada açıq bəyanatlar verib, onların hüquqlarını müdafiə edib. Orada yaşayan bütün vətəndaşlar və onların mənsub olduqları partiyaların Azərbaycana münasibətləri çox yaxşıdır. Onlar əslində, Azərbaycanı da Türkiyə ilə bərabər görür və “bir millət, 3 dövlət” şüarı ilə hərəkət edirlər. Hətta  rəsmi idarələrdə divarlarda üç ölkənin-Şimali Kipr Türk Respublikasının, Türkiyə və Azərbaycan bayraqları qoyulub. Xarici İşlər Nazirliyinin binasında və Parlamentdə belə lövhə var. Bütövlükdə Şimali Kiprdə Azərbaycan qardaş ölkə hesab olunur və onlar özlərini bizimlə eyni millət sayırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?