Türkiyənin Düzce bölgəsinin Odayeri Yaylası və Torkul gölləri payızın rənglərinə bürünüb.
Yaşıl, sarı, qırmızı və qəhvəyi tonların birləşdiyi bu təbiət guşəsi ziyarətçilərə canlı tablo təəssüratı yaradır.
Düzce şəhər mərkəzindən 34 kilometr aralıda, 1451 metr yüksəklikdə yerləşən Odayeri Yaylası və vulkanik çöküntü nəticəsində formalaşmış Torkul gölləri hazırda payız mövsümünün ən rəngarəng dövrünü yaşayır.
Ərazini əhatə edən füsunkar mənzərə, ağacların yarpaqlarında əks olunan sarı, qəhvəyi, yaşıl və qızılı tonlar fotoqrafların və təbiət sevərlərin böyük marağına səbəb olur.
Yaylaya aparan yol boyunca sıralanan fıstıq, köknar, şam, şabalıd və ağcaqayın ağacları ziyarətçilərə sanki bir rəng dənizinin içindən keçirmiş kimi hiss yaşadır.
Modern.az TRT-nin bölgədən hazırladığı fotoreportajı təqdim edir:









































