Modern.az

Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Aktual

28 Oktyabr 2025, 16:04

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan 20, Sos kəndinə çatan 10 ailəyə evlərinin açarları təqdim olunub.

Modern.az xəbər verir ki, Qırmızı Bazar və Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 20 ailə olmaqla 71 nəfər, Sos kəndinə isə 10 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. Bugünki köç də daxil olmaqla Qırmızı bazar qəsəbəsində 30 ailə olmaqla 110 nəfərin, Sos kəndində isə 20 ailə olmaqla 89 nədərin məskunlaşması təmin edilib.

****

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Modern.az xəbər verir ki, bu gün Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb.

Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfər, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı