Modern.az

Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olundu - VİDEO

Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olundu - VİDEO

Aktual

29 Oktyabr 2025, 15:08

Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, sonuncu tədbir zamanı rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb. 

T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib.  Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq