Modern.az

Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi

Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi

Aktual

29 Oktyabr 2025, 20:57

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı məhkəmə işi açılıb.

 

Modern.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

 

Məlumata görə, Faizə Haşimiyə atasının daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra məhkəmədə hüquqi iş qaldırılıb.

 

Hökumətyönlü media onun səsləndirdiyi fikirləri "dəqiq olmayan məlumat" kimi qiymətləndirib və Faizə Haşimi izahat vermək üçün məhkəməyə çağırılıb.

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq