Modern.az

Tramp tapşırıq verdi: Nüvə sınaqları bərpa edilsin!

Tramp tapşırıq verdi: Nüvə sınaqları bərpa edilsin!

Aktual

30 Oktyabr 2025, 10:44

ABŞ prezidenti Donald Tramp ölkədə nüvə silahı sınaqlarının yenidən başlanması barədə göstəriş verib.

Modern.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında bildirib.

Tramp qeyd edib ki, bu qərar digər ölkələrin - xüsusilə Rusiyanın və Çinin apardığı sınaqlara cavab addımıdır.

“Bizdə hər kəsdən çox nüvə silahı var. Başqaları sınaq keçirirsə, düşünürəm ki, bizim də bunu etməyimiz doğru olar. Proses dərhal başlayacaq”, – Tramp deyib.

P, sınaqların yeri və vaxtının yaxın günlərdə açıqlanacağını bildirib: “Bizim sınaq poliqonlarımız var, bu barədə ayrıca məlumat veriləcək”.

Tramp vurğulayıb ki, ABŞ-ın nüvə arsenalı onun ilk prezidentlik dövründə modernləşdirilib.

Qərar Rusiya prezidenti Vladimir Putinin “Burevestnik” və “Poseydon” adlı yeni nüvə sistemlərinin sınaqları barədə açıqlamasından bir neçə gün sonra verilib. ABŞ 1992-ci ildən bəri tammiqyaslı nüvə partlayışı həyata keçirmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq