Modern.az

Bakıdan Naxçıvana avtomobil gətirmək adı ilə 9 nəfəri aldatdı

Bakıdan Naxçıvana avtomobil gətirmək adı ilə 9 nəfəri aldatdı

Aktual

31 Oktyabr 2025, 09:24

İnsanları paytaxtdan avtomobil gətirmək adı altında aldadan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?