Modern.az

Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs saxlanıldı

Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs saxlanıldı

Aktual

31 Oktyabr 2025, 13:24

Masallı rayonunun Qodman kəndində yerləşən yaşayış evlərindən birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, Masallı Rayon Polis Şöbşsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Yasin Mürşüdov saxlanılıb.

Araşdırmalarla onun Qodman kəndində yerləşən digər bir evdən də 1000 manat pul və 300 manat dəyərində bəzək əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Y. Mürşüdov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri