 
                                Qusarda narkotikin təsiri altında avtomobil idarə edən Rəfael Fərmanov saxlanılıb.
Modern.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Volksvagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştitakçısı Rəfael Fərmanov saxlanılıb.
Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu bildirilir. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu da məlum olub.
R.Fərmanovun barəsində pratokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

