Modern.az

Avtobus motosikletlə toqquşdu - VİDEO

Avtobus motosikletlə toqquşdu - VİDEO

Aktual

31 Oktyabr 2025, 10:58

30.10.2025-ci il tarixdə saat 12:00 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində Hyundai markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün  xəsarət alması ilə nəticələnib.

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladır:

"Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Dəyərli sürücülər! Özümüzün və başqalarının həyatına biganə qalmayaq!"

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?