 
                                Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətində heç bir durğunluq yoxdur. Fəaliyyətimizin əvvəlində Fransa tərəfi vurğulayırdı ki, biz yalnız onlara qarşı mübarizə aparırıq. Əslində isə BTQ-nin yaradılması dənizaşırı ərazilərin nümayəndələrinin qərarı ilə olub. Biz təkcə Fransız dənizaşırı ərazilərinin kolonializmlə mübarizəsini dəstəkləmirdik. Həmçinin Karib hövzəsində və Afrikada yerləşən müstəmləkələri dəstəkləyirik. Biz onların müstəmləkəçiliyə qarşı beynəlxalq hüquq çətiri altında mübarizələrinə dəstək göstəririk.
Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.
A. Abbasov bildirib ki, BTQ Fransa-Azərbaycan münasibətlərinə heç bir təsir göstərmirdi. Biz missiyamızdan irəli gələn fəaliyyətlərlə məşğuluq.
Bakı Təşəbbüs Qrupu fəaliyyətini hər hansı bir ölkəyə qarşı yönəltməyib və bundan sonra da yönəltməyəcək.
Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq yalnız müstəmləkəçiliklə mübarizə aparan tərəflərə hüquqi çərçivədə dəstək göstəririk və hər hansı bir dövlətin siyasətindən asılı deyilik.
O vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu Fransanın 11 müstəmləkəsindən 9-u ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq beynəlxalq müstəvidə bundan sonra da davam etdiriləcək.