Modern.az

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü 

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü 

Ölkə

31 Oktyabr 2025, 23:06

Türkiyənin Samsun şəhərində 19 yaşlı azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

 

Modern.az xəbər verir ki, oktyabrın 30-da təcili yardım avtomobili N.Kazımlının idarə etdiyi motosikletlə toqquşub. Ağır xəsarətlər alan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

 

Təcili yardım maşınının sürücüsü Şakir Ü. saxlanılıb.

 

N.Kazımlı Ondokuz Mayıs Universitetinin stomotologiya fakültəsində təhsil alırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!