Modern.az

Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi

Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi

Aktual

31 Oktyabr 2025, 17:40

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Modern.az-a bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?