Modern.az

Piyada səkisində quraşdırılan pilləkən söküldü - Fotolar

Piyada səkisində quraşdırılan pilləkən söküldü - Fotolar

Aktual

31 Oktyabr 2025, 17:45

Bakının Nəsimi rayonunda piyadalar üçün nəzərdə tutulmuş səki sahəsində quraşdırılan pilləkən qəfəsəsi sökülüb.

Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

Bildirilib ki, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küçəsinə baxış keçirilib və ərazidəki yaşayış binasının alt hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub. 

Faktla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?