ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanın şəxsi xahişinə baxmayaraq, Budapeşti Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə tətbiq edilən sanksiyalardan kənarda saxlamaqdan imtina edib.
Modern.az xəbər verir ki, 31 oktyabrda müxbirlərin suallarını cavablandırarkən Tramp Orbanın bu məsələ ilə bağlı şəxsən ona müraciət etdiyini təsdiqləyi:
"O, bizdən güzəşt istədi, biz vermədik, amma o, bizdən istədi".
Orban əvvəllər Trampı Macarıstanın xüsusi vəziyyətinə inandıra biləcəyinə ümid etdiyini bildirmişdi. O, ölkəsinin boru kəməri enerji təchizatından yüksək asılılığını arqument kimi göstərib.
"Macarıstan dənizə çıxışı olmayan bir ölkədir", - Orban deyib.
"Biz Macarıstanı enerji ilə təmin edən nəqliyyat marşrutlarından asılıyıq. Bunlar əsasən boru kəmərləridir".
Orban qeyd edib ki, ölkəsi Rusiyaya qarşı sanksiyalardan azad olmaq istəyirsə, ABŞ-a bu xüsusi vəziyyətin anlaşılmasını çatdırmaq lazımdır.