Modern.az

Pakistanda “ASAN xidmət” təcrübəsi tətbiq ediləcək

Pakistanda “ASAN xidmət” təcrübəsi tətbiq ediləcək

4 Noyabr 2025, 16:42

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərmanı imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi