Modern.az

Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Aktual

5 Noyabr 2025, 10:12

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.

Bu barədə Modern.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır