Modern.az

Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Aktual

8 Noyabr 2025, 16:01

Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

Modern.az xəbər verir ki, “Şuşa hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub.

Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.

Qeyd edək sərgi gün boyu davam edəcək.

Həmçinin bayram münasibətilə Şuşa şəhərində konsert proqramı və atəşfəşanlığın təşkili nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var