Modern.az

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ

Aktual

10 Noyabr 2025, 00:14

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.

 

Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır.

 

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, satışa çıxarılan sosial evlərin qiyməti aşağı olsa da, onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.

 

Qeyd edək ki, sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var