Modern.az

İranda hava qüvvələrinin bazası vuruldu - 13 hərbçi öldü

İranda hava qüvvələrinin bazası vuruldu - 13 hərbçi öldü

Dünya

3 Mart 2026, 12:30

İsrail və ABŞ-ın aviazərbələri nəticəsində İranın cənub-şərqində və şimalında ümumilikdə 31 hərbçi ölüb.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, Kerman şəhərindəki Hava Qoşunlarının 3-cü döyüş bazasına zərbə nəticəsində 13 hərbçi öldürülüb.

Ölənlər arasında Hava Qoşunlarının yüksək rütbəli zabitləri də var.

İkinci zərbə isə İranın şimalındakı Mazandaran vilayətinə endirilib. İsrailin aviazərbələri nəticəsində Mazandaranda 18 İran hərbçisi öldürülüb.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV