Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışovu saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.