Modern.az

Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar müzakirə edilib?

Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar müzakirə edilib?

Aktual

12 Noyabr 2025, 17:55

Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissələrinin, o cümlədən anklav və eksklavların demarkasiyası "Ermənistan və Azərbaycan arasında Sərhəd Təhlükəsizliyi və Demarkasiyası üzrə Komissiya ilə Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi bu məsələ ilə bağlı KİV-in sorğusuna cavab olaraq bildirib.

"Eyni qaydalar komissiyalar tərəfindən qəbul edilmiş qərarların və ya müqavilələrin qüvvəyə minməsi prosedurunu müəyyən edir", - cavabda deyilib.

Bildirilib ki, demarkasiya komissiyaları hələlik anklav və eksklav məsələsini müzakirə etməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada