Modern.az

Salyan Sarvan kəndində səyyar qəbul keçirilib - FOTO

Salyan Sarvan kəndində səyyar qəbul keçirilib - FOTO

Aktual

13 Noyabr 2025, 09:32

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Sarvan kənd tam orta ümumtəhsil məktəbinin binasında baş tutub.

Modern.az xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR