Modern.az

Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı

Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı

Aktual

13 Noyabr 2025, 17:12

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.

Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.

Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq futbolçusu Mert Çelik də eyni səbəbdən 45 günlük futboldan kənarlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?