Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün yeni mənzillər alacaq.
Modern.az xəbər verir ki, müsabiqənin predmeti 20 ədəd üçotaqlı mənzilin alınmasıdır.
Layihənin ümumi dəyəri 1 974 000 manat təşkil edir.
Qeyd edək ki, Agentlik son illər ərzində müxtəlif bölgələrdə şəhid ailələri və müharibə iştirakçıları üçün çoxsaylı mənzillər və fərdi evlər təqdim edib.
Neftçalada həyata keçiriləcək bu növbəti layihə də həmin sosial proqramın davamı kimi nəzərdə tutulur. (Mənbə: Baku.ws)