Modern.az

Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - Deputat

Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - Deputat

Aktual

14 Noyabr 2025, 12:26

Hazırda Bakıda təqsirləndirilən şəxslər qismində mühakimə olunan ermənilərin qaytarılması Ermənistan hakimiyyətinin gündəliyində deyil.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdəki “Hayastan” fraksiyasından olan deputatı Lilit Qalstyan brifinqində bildirib.

"Onların qaytarılması həm Ermənistanın daxili, həm də xarici siyasət gündəliyində prioritet olmalıdır. Lakin hakimiyyətin bu məsələni müxtəlif beynəlxalq forumlarda qaldırdıqları barədə açıqlamalarına baxmayaraq, nəticələr sıfırdır", - deyə Qalstyan qeyd edib.

Müxalifətçi deputat Paşinyan iqtidarını bu məsələyə laqeydlikdə ittiham edib.

Xatırladaq ki, 13 noyabrda Bakıda keçirilmiş məhkəmə prosesində prokuror qondarma “Dağlıq Qarabağın keçmiş lideri” Araik Harutyunyana, separatçı birləşmələrin “keçmiş komandanı” Levon Mnatsakanyan və onun “müavini” David Manukyana, qondarma “parlamentin keçmiş sədri” David İşxanyana və “keçmiş xarici işlər naziri” David Babayana ömürlük həbs cəzası tələb edib. O, həmçinin qondarma “Dağlıq Qarabağ”ın keçmiş başçıları Arkadi Qukasyana, Bako Saakyana 20 il həbs cəzası istəyib.

Qondarma “Dağlıq Qarabağın keçmiş dövlət naziri” Ruben Vardanyanın məhkəmə işi ayrıca araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!