Modern.az

Bütün icra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar

Bütün icra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar

Aktual

15 Noyabr 2025, 11:00

“Son dəyişikliklər onu göstərir ki, ölkəmizdə kadr islahatları davam edir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov İcra hakimiyyətlərinin başçıları ilə  bağlı təyinatları şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı bu məsələlərdə həssas, prinsipial, qətiyyətli mövqe ortaya qoyur.
“Elə bunun nəticəsi idi ki, Prezident yeni icra başçıları ilə görüşündə çox ciddi tapşırıqlar verdi və xəbərdarlıqlar etdi.

Vəzifə çox ciddi etimaddır. Növbəti dəfə biz Prezidentin bir sıra başçılara yüksək etimad göstərdiyinin şahidi olduq. İcra başçıları da çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar. Onlar yerlərdə Prezidentin nümayəndələridirlər, onun tapşırıqlarını diqqətlə yerinə yetirməlidirlər.

Bəzi icra başçılarının yerləri dəyişdirildi və digər yerlərə icra başçısı kimi təyin edildilər. Bu onu göstərir ki, dövlət başçısının məsələyə həssas yanaşması var. Elə buna görə də icra başçıları onun xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Əgər onlar işlərini düzgün qörsalar, vəzifələrini düzgün yerinə yetirsələr, təbii ki, onlara ölkə rəhbərinin etimadı davam edəcək. Əgər etimadı doğrultmasalar, Prezidentin çox ciddi xəbərdarlığı və cəzası ilə üz-üzə qalacaqlar”, - C.Məmmədov deyib.

Deputat son vaxtlar bir sıra icra başçılarının vəzifədən çıxarıldığını da xatırladaraq, onların xərəbradlıqlardan nəticə çıxarmadıqlarını diqqətə çatdırıb:

“Bu, Prezidentin kadr siyasətinə nə dərəcədə önəm verdiyini göstərir. Vəzifəyə təyin olunan icra başçıları bu məqamı əsla unutmamalıdırlar. Onlardan çox ciddi gözləntilər var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!