Modern.az

Yüksək sürət zamanı görmə zəifləyir - DYP rəsmisi

Yüksək sürət zamanı görmə zəifləyir - DYP rəsmisi

Aktual

15 Noyabr 2025, 11:30

Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir.

Modern.az xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat deyib.

O qeyd edib ki, sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir:

"Bu hal "yüksək sürət korluğu" kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir".

BDYPİ rəsmisi vurğulayıb ki, yüksək sürət zamanı periferik görmə zəifləyir – yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur, reaksiya müddəti azalır, tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.

"Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir", - o deyib.

 

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!