Rusiyanın ehtiyatda olan polkovniki Anatoliy Matviyçuk növbəti il dünyada 3 yeni müharibə ocağını proqnozlaşdırıb.
Modern.az xarici mediaya istinadən məlumat verir ki, ehtimal olunan müharibə məkanları Mərkəzi Afrika, Moldova, Yaxın Şərqdir.
Hərbi ekspert deyib ki, Fransanın Mərkəzi Afrikada mövqeyi zəiflədiyinə görə regionda müharibə başlada bilər:
“Moldovanın Dnestryanı bölgənin qaytarılması üçün səfərbər olacağı gözlənilir. Yaxın Şərqdə isə İsrail və ərəb dövlətləri ilə qarşıdurma davam edəcək”.
Cavid Zahidoğlu