Modern.az

Nizami rayonunda oğurluq edən 3 nəfər saxlanıldı

Nizami rayonunda oğurluq edən 3 nəfər saxlanıldı

Aktual

17 Noyabr 2025, 17:51

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində bir nəfər alıcı kimi mağazadan gümüş bilərzik oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı F.Süleymanov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən evlərin birinin girişindən velosiped və mobil telefon oğurlamaqda şübhəli bilinən 34 yaşlı İ.Nəbiyev, həmçinin əvvəllər məhkum olunmuş 33 yaşlı H.Bəhmənov saxlanılıblar.

Araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!