Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club"un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Modern.az xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.
Sahəsi 241 kvadratmetr olan, 10 otaqdan ibarət ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.
Qeyd edək ki, "Residence Cinema Club"un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil. (Mənbə: teleqraf)