Modern.az

Türk şəhidlərin Gəncədə son günü - VİDEO

Türk şəhidlərin Gəncədə son günü - VİDEO

Aktual

18 Noyabr 2025, 13:08

Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Emre Sayın və həmkarları Gəncədə olduqları müddətdə sakinlərlə səmimi söhbətlər edib, dostluq münasibətləri qurublar.

Modern.az xəbər verir ki, sakinlər bu barədə "İctimai TV”yə danışıblar.

Sakinlərdən Vüqar Əliyev bildirib ki, Emre Sayın və həmkarları Gəncəni gəzib, övladları üçün hədiyyələr alıbmışlar: "Bizə dedi ki, Türkiyə Hərbi Hava Qüvvələrindən gəlmişik, buranın qonağıyıq. Biz isə ona buranın yox, elə bizim qonağımız olduqlarını dedik. Adam danışdıqca, həqiqətən, pis olur. Axşam saat 8-9 arası idi, görüşdük, söhbətləşdik. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Maşınla Gəncəni gəzdik. Sonra onları Hacıkəndə, Topalhəsənliyə, Göygölə apardıq. Emre qardaşımız deyirdi ki, onun ikiaylıq körpəsi var. Üç övladı olduğunu söylədi. Bildirdi ki, ikiaylıq körpəsinə maraqlı hədiyyə almaq istəyir. Buradan çanta, Göygölün suvenirlərini, Azərbaycan Bayrağını, Gerbini aldı”.

Digər Gəncə sakini Elnur Bağırov isə qeyd edib ki, Emre Sayın ona Türkiyə Ordusu ilə bağlı hədiyyə verib: "Eşidəndə ki, belə hadisə baş verib, inana bilmədim. Söz tapa bilmirəm. Allah Emre qardaşımız, Cem Dolabçı qardaşımız olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm. Onların kədəri bizim kədərimizdir”.

Qeyd edək ki, noyabrın 11-i Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbçi şəhid olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu