Qaxda məktəbli güllələnib.
Modern.az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.
Kənd sakini olan 14 yaşlı Səfər Orucov (ad və soyad şərtidir) naməlum şəraitdə güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Yaralının orta məktəbin 8-ci sinfində təhsil aldığı bildirilir.