Modern.az

Maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Aktual

19 Noyabr 2025, 17:02

Babək rayonunda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Modern.az-ın məlumatına görə, Babək rayonu ərazisində “Naz Lifan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 41 yaşlı E.Orucov qısa müddət ərzində Sirab kəndi ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu