Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1993-cü il təvəllüdlü B. Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə qadın əri tərəfindən bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.