Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Modern.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşüb.
10 ayda fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Hesabat dövründə 214 701 texniki pasport tərtib edilib, 51 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.