Modern.az

Rəqsanənin borclu olduğu şəxs danışdı: “Şikayətimizi geri götürməmişik”

Rəqsanənin borclu olduğu şəxs danışdı: “Şikayətimizi geri götürməmişik”

Aktual

20 Noyabr 2025, 09:40

Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıqlama verib.

Modern.az xəbər verir ki, Gündüz Məmmədov müğənninin onlara qarşı 520 min dollar dələduzluq etdiyini bir daha qeyd edib.

"Rəqsanə İsmayılova zəng edib dedi ki, çətin vəziyyətdədir. Evdə azyaşlı uşaqları var. Biz də onun vəziyyətini nəzərə aldıq, onu buraxdırdıq. Şikayətimizi geri götürməmişik. Pulu ödəməyini gözləyirik", - deyə o qeyd edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. (Mənbə: milli.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin səhhəti pisləşdi - Xəstəxanya yerləşdirdilər