Modern.az

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Aktual

20 Noyabr 2025, 10:32

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Vaz 21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu