İranda illərdir davam edən təbii resurs problemi, xüsusilə də, su mənbələrindəki ciddi azalma ölkənin sosial və siyasi balansını təhdid səviyyəsinə çatdırıb. Son illərdə quraqlıq, düzgün aparılmayan su idarəçiliyi və iqlim dəyişikliyi səbəbilə İranda ciddi su qıtlığı yaşanır. Problemin ən ciddi müşahidə edildiyi ərazi paytaxt Tehrandır.
“Su problemi belə davam edərsə, Tehranın tamamilə boşaldılmasına ehtiyac yarana bilər”, - İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl belə deyib. Onun açıqlaması ölkə ərazisində ciddi narahatlığa səbəb olub. Tehran kimi 15 milyon əhalisi olan metropolun boşaldılması sadəcə ekoloji böhran deyil, çox ciddi humanitar, iqtisadi və siyasi problem deməkdir.
40 milyon Cənubi Azərbaycanlı: “Bu böhranın nəticələri bizə nə gətirəcək?"
İrandakı bu qeyri-müəyyənlik, xüsusilə ölkənin şimal qərbində yaşayan təqribən 40 milyon Cənubi Azərbaycanlı arasında yeni sualları gündəmə gətirib. Su qıtlığının və mümkün köçün regional balansı dəyişdirə biləcəyindən bəhs edilir.
“MediaTürk TV"yə danışan Azərbaycan vətəndaşları, mümkün böyük bir böhran zamanı güneyli soydaşlarımızın necə bir yol izləməli olduğu sualına diqqətçəkən cavablar verib.
İki fərqli baxış
Vətəndaşlar arasında sorğu zamanı əsas iki baxış önə çıxıb. Bir çox Azərbaycan vətəndaşı İranın daxili qarışıqlılqlarının daha da dərinləşməsi halında Cənubi Azərbaycanın öz siyasi iradəsini formalaşdırmalı olduğunu düşünür. Belə düşünənlərə görə, İranın daxildən “ərimə” ehtimalı artarsa, Cənubi Azərbaycan öz müqəddaratını təyin etməlidir. İnsanlar düşünür ki, 40 milyonluq əhali tarixi və mədəni bağlarla güclü bir dövlət qura bilər. Eyni zamanda İrandakı xaosun regiona sıçramaması üçün müstəqillik daha təhlükəsiz bir seçim ola bilər.
Respondentlərin kiçik bir qismi: “Cənubi Azərbaycan Azərbaycan Respublikasına daxil olmalıdır”
Bu fikri ifadə edənlər, ortaq dil, mədəniyyət və milli kimliyin birləşməyi dəstəklədiyini, Azərbaycanın iqtisadi stabilliyini və dövlət təşkilatının daha güclü olduğunu, İrandakı qeyri-sabitliyin Türk dünyası üçün tarixi bir birləşmə fürsəti yarada biləcəyini müdafiə edirlər.
Analiz: Su böhranı yalnız ekologiya problemi deyil
Ekspertlərə görə, İrandakı su böhranı sadəcə ekologiya problemi deyil. Ölkənin gələcəyini müəyyən edəcək, sosio-politik qırılma nöqtəsidir.
İranda su böhranı niyə dərinləşir?
Yeraltı su rezervlərinin 70%-dən çoxu tükənib. Böyük şəhərlərdə əhali sayı olduqca çoxdur. Sənaye və kənd təsərrüfatında sudan istifadənin planlamaları illərdir, yaxşı aparılmır.
Eyni zamanda, iqlim dəyişikliyi isti hava şəraitinin atmasına, yağışların azalmasına səbəb olub.
Tehranın boşaldılmasının hansı təsirləri olacaq?
Bu senari həyata keçirilərsə, ölkə daxilində böyük bir köç dalğası yaranacaq, iqtisadi çöküş yaşanacaq, İran hakimiyyəti üzərində siyasi təzyiq artacaq.
Serdar Şengül