Modern.az

Malatyada zərər görmüş fermerlərə 12 min ərik tingi paylandı - FOTO

Malatyada zərər görmüş fermerlərə 12 min ərik tingi paylandı - FOTO

Aktual

24 Noyabr 2025, 12:38

2025-ci ilin aprelində baş verən və temperaturun qəfil sıfırın altına enməsi ilə müşahidə olunan şiddətli donvurma Türkiyənin ərik paytaxtı sayılan Malatyada böyük ziyan törədib.

Bir çox rayonlarda ərik bağları ciddi zərər görüb, xüsusilə kiçik və orta təsərrüfat sahibləri ağır iqtisadi vəziyyətə düşüb.

Modern.az xəbər verir ki, bölgədən gələn müraciətlərdən sonra "Rahma Austria" Humanitar Yardım Dərnəyi fermerlərə dəstək məqsədilə Avstriyada yardım kampaniyasına start verib. Kampaniya çərçivəsində əldə edilən 12 min ərik tingi Malatyanın 12 rayonunda fermerlərə təhvil verilib.

Proses Avstriyadan gəlmiş könüllülər və yerli komandaların birgə əməkdaşlığı ilə həyata keçirilib.

Tingləri təhvil alan fermerlər yaşadıqları böyük itkilərdən sonra bu dəstəyin onlar üçün həm iqtisadi, həm də mənəvi baxımdan mühüm olduğunu bildiriblər.

Tədbirlərə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin yerli nümayəndələri də qatılıb. Rəsmi şəxslər "Rahma Austria" ilə əməkdaşlığı yüksək qiymətləndirərək belə açıqlama veriblər:

“Bölgə kənd təsərrüfatının yenidən dirçəlməsi üçün bu cür təşəbbüslər böyük əhəmiyyət daşıyır. Fermerlərimizin yanında olan hər quruma təşəkkür edirik”

"Rahma Austria" nümayəndələri isə məqsədlərinin yalnız ting paylamaq olmadığını, həm də Malatyadakı fermerlərin istehsal motivasiyasını bərpa etmək olduğunu bildiriblər:

“Donvurma sonrası bir çox istehsalçı ümidini itirdi. Biz bu kampaniya ilə həm iqtisadi, həm də psixoloji olaraq yanlarında olduğumuzu göstərmək istədik. Kiçik fermerlərin ayaqda qalması həm bölgə iqtisadiyyatı, həm də təbii məhsul istehsalının davamlılığı üçün çox önəmlidir.”

Könüllülər tinglərlə yanaşı, fermerlərə düzgün əkilmə qaydaları və bağ baxımı barədə təlimlər də veriblər. Proqram gələcək illərdə də bənzər dəstək layihələrinin davam etdirilə biləcəyi mesajı ilə yekunlaşıb.

Malatya fermerləri bu həmrəylik təşəbbüsünün bölgənin bərpasında kritik rol oynayacağını vurğulayaraq "Rahma Austria"ya təşəkkür ediblər.

1480237

1480236

1480235

148023414802331480232

148023114802301480229

1480228

1480227

148022614802251480224

1480223

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı