Modern.az

Sərnişinlərə təhlükəsiz xidmət göstərməyə tam hazıram

Sərnişinlərə təhlükəsiz xidmət göstərməyə tam hazıram

Aktual

24 Noyabr 2025, 14:48

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən nəzəri və praktiki təlimlərdə ciddi hazırlıq keçdik, “BakuBus”a işə qəbul olunmaq üçün peşəkar dəstək gördük.

Modern.az xəbər verir ki, bu sözləri 15 illik sürücülük təcrübəsi olan Xalidə Səmədova deyib.

Qadınlara göstərilən etimada görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və “BakuBus”a minnətdarlığını bildirən X.Səmədova qeyd edib ki, avtobus sürücüsü olmaq onun çoxdankı arzusu olub. X.Səmədova artıq sürücü kimi əmək fəaliyyətinə başladığını və sərnişinlərə təhlükəsiz xidmət göstərməyə tam hazır olduğunu əlavə edib. (Mənbə: Azərtac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı