Modern.az

Polis Sabunçuda oğurluq edən keçmiş məhkumu saxladı

Polis Sabunçuda oğurluq edən keçmiş məhkumu saxladı

Aktual

24 Noyabr 2025, 14:56

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Modern.az-ın məlumatına görə, gecə saatlarında rayon ərazisində yerləşən ev və mağazalardan elektrik avadanlıqları, eləcə də təmir-tikinti alətləri naməlum şəxs tərəfindən talanıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı H.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!