Dünən paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində ictimai yerdə ölüm qeydə alınıb.
Modern.az xəbər verir ki, M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırma aparılır.