Modern.az

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Aktual

24 Noyabr 2025, 17:08

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

Modern.az-ın məlumatına görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən V.Şiralıyev saxlanılıb.

Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. 

V.Şiralıyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı