Modern.az

"Qarabağ"ın oyunu çexiyalı hakimə tapşırıldı

"Qarabağ"ın oyunu çexiyalı hakimə tapşırıldı

İdman

24 Noyabr 2025, 18:20

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli"yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

 

Modern.az xəbər verir ki, qarşılaşmanı çexiyalı hakim Dominik Starı idarə edəcək.

 

Ona Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

 

Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə