Modern.az

Sayt rəhbərinin işi məhkəməyə göndərildi

Sayt rəhbərinin işi məhkəməyə göndərildi

Aktual

24 Noyabr 2025, 17:50

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Coşqun Abdullayev və tanışı Natiq İmamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 4 dekabra təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi ilə onda pul tələb edib. Təqsirləndirilən şəxslərdən biri “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayevdir.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı