Modern.az

Kəlbəcərdə sərgi - FOTO

Kəlbəcərdə sərgi - FOTO

Aktual

25 Noyabr 2025, 16:56

Kəlbəcər Şəhər Günü çərçivəsində sərgi və stendlərlə tanışlıq olub.

 

Modern.az xəbər verir ki, təqdimatda mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevlə yanaşı, nazirlik və nümayəndəlik əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, Kəlbəcər şəhər sakinləri iştirak edib.

 

Təqdimat zamanı Azərbaycan Fotoqraflar Birliyinin “Kəlbəcər — obyektivdən tarixə” fotosərgisi, Azərbaycan Milli Xalça Muzeyinin “ Yaddaş” sərgisi, “Kəlbəcərin palitrası” adlı sərgi və ustad dərsləri, həmçinin ənənəvi sənətkarlıq sərgisi nümayiş olunub.

 

Qonaqlara adları çəkilən sərgilər və nümayiş olunan eksponat və fotoeksponatlar barədə ətraflı məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU