Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.
Onlardan biri də Hakimlər Komitəsi ilə bağlı olub.
Belə ki, Hakimlər Komitəsinin sədri Frank De Bleker Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.
İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.