Modern.az

Bakıda direktor itlərə görə cərimələndi

Bakıda direktor itlərə görə cərimələndi

Aktual

26 Noyabr 2025, 20:39

Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev 10 sirk itinə görə cərimələnib. 

 

Modern.az xəbər verir ki, Bakı Dövlət Sirki barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi (on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə) protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

 

Məlum olub ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində 10 sirk iti Bakı Dövlət Sirki tərəfindən ölkəmizə idxal olunub. İtlər gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilib. 

 

Müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilən itlərin idxal üzrə öhdəlik müddəti bitsə də, həmin müddət ərzində malların digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair idxalatçı tərəfindən heç bir tədbir görülməyib. 

 

Məhkəmənin hökmü ilə Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə edilib. (Mənbə: qaynarinfo)

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ