Modern.az

Bu ölkədə prezident həbs edildi

Bu ölkədə prezident həbs edildi

Aktual

26 Noyabr 2025, 18:52

Qvineya-Bisauda dövlət çevrilişi baş verib. Məlumata görə, ölkə Prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə prezidentin özü "Jeune Afrique" nəşrinə zəng edərək məlumat verib.

 

Onun sözlərinə görə, çevriliş Ordu Baş Qərargah rəisi tərəfindən təşkil edilib. Həbs prezidentin öz kabinetində baş verib.

 

Bildirilir ki, prezident sarayı və Milli Seçki Komissiyası yaxınlığında silah səsləri eşidilib. Hərbi geyimli şəxslər ölkənin paytaxtı Bisauda yerləşən saraya aparan əsas yolu nəzarətə götürüblər.

 

Ümumilkdə vəziyyət qeyri-müəyyən olaraq qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!